3 İL BİRLİKDƏ
3 il əvvəl, 2018-ci ilin bu günü "Gənc Hüquqşünaslar Şəbəkəsi" təsis edilmişdir.
Şəbəkəni təsis edərkən əsas məqsədimiz ölkənin tələbə və gənc hüquqşünaslarını bir araya gətirərək vahid şəbəkə altında birləşmək və onların hüquqi, sosial, mədəni fəaliyyətlərini təşkil etmək idi.
Düşünürük ki, keçən 3 il ərzində " Gənc Hüquqşünaslar Şəbəkəsi" həyata keçirdiyi fəaliyyətlər ilə qarşısına qoyduğu məqsədlərə nail ola bilmiş və gənclərə faydalı olacaq işlər görmüşdür.
Bütün üzvlərimizi bu gün münasibətilə təbrik edir və aktiv fəaliyyətlərinə görə təşəkkür edirik.