İcbari Tibbi Sığorta haqqında təlim
19 Yanvar 2020-ci ildə Gənc Hüquqşünaslar Şəbəkəsi olaraq, hal-hazırda ölkəmizdə aktual mövzulardan olan “İcbari Tibbi Sığorta” mövzusunda növbəti təlimimizi keçirdik.Təlimçi, Şəbəkəmizin üzvü İcbari Tibbi Sığortalar üzrə Dövlət Agentliyinin hüquqşünası Aynur Hüseynova tərəfindən ölkəmizdə İcbari Tibbi Sığorta sistemi, prosedur və tətbiqi qaydaları barədə ətraflı məlumat verilərək iştirakçıların sualları cavablandırıldı. Qeyd edək ki, GHŞ-nin əsas məqsədi ölkədəki gənc hüquqşünasların şəbəkə halında birləşməsi, onların hüquqi, sosial və mədəni inkişafına dəstək verilməsi, eyni zamanda vətəndaşların hüquqi maarıflənməsinə yardım etməkdir.