"Müqavilələrin tərtibi və yol verilən əsas yanlışlıqlar" adlı təlim keçirilmişdir

Şəbəkəmizin təşkilatçılığı ilə növbəti tədbirimiz 17 noyabr 2018-ci ildə Altay Mustafayevin təlimçiliyi ilə "Müqavilələrin tərtibi və yol verilən əsas yanlışlıqlar" mövzusunda baş tutdu. Təlimdə Müqavilələrin düzgün hazırlanması qaydası, tərəflərin hüquq və öhdəlikləri, mübahisələrin baxılması yeri mövzuları təlim iştirakçıları ilə birgə müzakirə olunuraq ətraflı formada suallar cavablandırılmışdır.