Lawyers on Stage

Gənc Hüquqşünaslar Şəbəkəsi "Lawyers on Stage" təlimlərini elan edir.

Təlimin məqsədi tələbələrin və praktiki hüquqşünasların teatr səhnəsində çıxış etmə qabiliyyətini formalaşdırmaq, istedadlı həvəskarları kəşf etmək və hüquqşünaslardan ibarət komanda yaradaraq gənclərdə teatra həvəsi təşviq etməkdir.

 2 ay davam edəcək təlimlərdə ilk mərhələ səhnə və aktyorluqla bağlı dərsləri, ikinci mərhələ isə tamaşaya qoyulacaq əsərin məşqlərini əhatə edəcək.

 Təlimlərin sonunda iştirakçılar seçilmiş əsəri teatr səhnəsində təqdim edəcəklər.

Aşağıdakı qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:

Link: https://forms.gle/fFiVAtg1v8r5PJjF8

Qeydiyyat üçün son tarix: 1 mart, 23:59