Zorakılıqla mübarizə çərçivəsində qadınların özünümüdafiə təlimləri

Gənc Hüquqşünaslar Şəbəkəsinin təşkilati dəstəyi ilə "Zorakılıqla mübarizə çərçivəsində qadınların özünümüdafiə təlimləri" layihəsinə start verilir.

Layihə 6 mart-24 aprel tarixləri arasında hər həftənin bazar günü saat 11:00-dan 13:00-a qədər davam edəcək.

 Bu layihənin əsas məqsədi qadınları hüquqi, fiziki və psixoloji kontekstdə məişət zorakılığı ilə mübarizəyə hazırlamaq və bu kimi halların əvvəlcədən qarşısını almaqdır. Layihə öz məqsədinə bu sahə üzrə mütəxəssis hüquqşünaslar, benefisiarlara yardım göstərən sosial işçilər və peşəkar idman məşqçiləri ilə bərabər çatacaq.

Qadınlara qanunvericiliklə nəzərdə tutulan hüquq və qanuni mənafeləri izah edilərək, onlar zoraki hərəkətləri həyata keçirən şəxslərə qarşı mübarizə üsulları haqqında məlumatlandırılacaq. Təlim proqramı çərçivəsində iştirakçılara gender əsaslı zorakılıq və məişət zorakılığının bütün formaları, şiddətdən müdafiə mexanizmləri, profilaktik və hüquqi - sosial qabaqlayıcı tədbirlər haqqında tövsiyələr veriləcək.

 İştirakçılara peşəkar idman məşqçiləri tərəfindən taekvondo və kikboksinq üzrə ilkin idman hərəkətləri mənimsədilərək, həm şiddət anında qabaqlayıcı tədbirlərin öyrədilməsi, həm də idmana təşviq nəzərdə tutulur.

 Layihə məişət zorakılığına məruz qalmış, bu problemlə üzləşmə ehtimalı olan və gender bərabərliyinin realizə olunmasında maraqlı 18 yaşından yuxarı qadınları hədəfləyir.

 Təlim iştirakçıları sertifikat ilə təltif ediləcək. Təlimdə iştirak ödənişsizdir.

 Pandemiya ilə əlaqədar iştirakçıların sayı məhdud olduğu üçün qeydiyyatdan keçmək vacibdir.

Məkan: Baku Community Space, Sat Plaza

 Əlaqə telefonu: 051-625-28-35

 Qeydiyyat linki: https://forms.gle/9QLjb5ppCPa7pfxt8

 İlk təlimçi haqqında: Rövşanə Rəhimli-Qadın hüquqları üzrə ekspert; Vəkillər Kollegiyasının üzvü

#paylaşaqdəstəkolaq