Akademik Məqalə Yarışması
Gənc Hüquqşünaslar Şəbəkəsi "Akademik Məqalə Yarışması"na məqalələrin qəbulunu elan edir. Şəbəkə olaraq bu yarışmanı keçirməkdə əsas məqsədimiz gənc tələbə və praktiki hüquqşünasların akademik yazı və araşdırma qabiliyyətinin artırılmasıdır.
Yarışma İnsan hüquqları, İnternet hüququ və Kiber Təhlükəsizlik hüququ sahələrinə dair aşağıdakı 3 mövzunu əhatə edir:
1. Beynəlxalq və regional insan hüquqları mexanizmlərinin effektivliyinin hazırki problemləri və onların həll yolları.
2. Sosial şəbəkə hesabı mülkiyyət sayıla bilər mi ?
3. Elektron poçt vasitəsilə həyata keçirilən kiber hücumların (phishing) hüquqi qiymətləndirməsi.
Hər bir mövzu üzrə birinci yeri tutmuş namizədlər mükafatlandırılacaq. Yarışmada qalib gələn iştirakçılar sertifikatla təltif olunacaqlar və məqalələr saytımızda yayımlanacaq.
Məqalələr 25 Mart 2022, saat 23:59 tarixinədək contact@ylnaz.org email ünvanına göndərilməlidir.
Məqalə qəbulu ilə bağlı tələblər barədə aşağıda əlavə olunmuş fayl vasitəsilə məlumat ala bilərsiniz.
Yarışma barədə bütün suallarınızı mesaj qutusuna və ya
contact@ylnaz.org ünvanına göndərə bilərsiniz.
Yarışmada iştirak edəcək şəxslərə uğurlar arzulayırıq!