İnternet İdarəçiliyi Formu
Məmnunluq hissi ilə bildirmək istəyirik ki, 06-10 dekabr tarixlərində Polşanın Katowice şəhərində keçirilən 16-cı "İnternet İdarəçiliyi Forumu"nda beynəlxalq təşkilatlarla yanaşı, "Gənc Hüquqşünaslar Şəbəkəsi"nin də virtual stendi yerləşdirilmişdir.
Virtual stendimiz vasitəsilə beynəlxalq təşkilatlar və fərdi şəxslər Şəbəkəmiz haqqında məlumat əldə edə və əməkdaşlıqla bağlı görüşlər keçirilməsi üçün müraciət edə bilərlər.
Virtual stendimizlə tanış olmaq üçün komputer vasitəsilə aşağıdakı linkdən dil seçimi edib, daha sonra ardıcıllıqla "expo hall" və "expo upper lobby" seçməklə Şəbəkəmizi tapa bilərsiniz. Link: https://igf2021.collectivibe.com/?skip=true