"Expert Talks"

11 Sentyabr tarixində Gənc Hüquqşünlar Şəbəkəsinin təşkilatçılığı ilə Gənc Hüquqşünlar Şəbəkəsinin üzvü  Nərmin Əbilovanın təqdimatında “Xaricdə təhsil” mövzusuna həsr olunan müzakirə forumu baş tutmuşdur.

 

 Bu sahədə spiker qismində  çıxış  edən Nərmin Əbilova Roma şəhərində yerləşən Tor Vergata Universitetinin və Avstriyada yerləşən Mərkəzi Avropa Universitetinin məzunudur. O, iştirakçılara xarici universitetlərə müraciətlər necə olunur və bu proses zamanı vacib olan akademik sənədlər barəsində məlumat verdimişdir. Bununla yanaşı CV, rəy məktubu, motivasiya məktubu kimi önəmli olan sənədlərin necə tərtib olunması barədə məlumat verən Nərmin Əbilova sonda təqaüd proqramları haqqında umumi məlumat ve xüsusilə “Invest your talent in italy”, “Visby” kimi  təqaüd proqramlarına müraciət haqqında ətraflı məlumat verərək,  bu barədə iştirakçıların  ünvanladığı sualları cavablamışdır.