"Expert Talks"

12 Sentyabr tarixində Gənc Hüquqşünlar Şəbəkəsinin təşkilatçılığı ilə 20 gənc hüquqşünasın iştirakı etdiyi, Şamaxı şəhərində Gənc Hüquqşünlar Şəbəkəsinin üzvü  Elxan Heydərlinin təqdimatında “Korrrupsiya və onun cəmiyyətdə təzahür formaları” mövzusuna həsr olunan müzakirə forumu baş tutmuşdur.

 

 “Transparency International Lithuanian Chapter Fellowship Program”ın məzunu olan, eyni zamanda  “Corruption and fight against it: International and national practice” mövzusunda məqaləsi yayınlanmış Elxan Heydərli forum ərzində Korrupsiyanın nə olduğu, dayanmadan təkamülü, korrupsiyanın səviyyəsinin ölçülməsi və korrupsiyanın növləri haqda məlumat vermiş, eyni zamanda iştirakçılara da suallar ünvanlamışdır. Bununla yanaşı sonda iştirakçlara “Səhiyyədə korrupsiya” adlı keys verilmiş və mövzu ətrafında iştirakçılar arasında maraqlı müzakirələr baş tutmuşdur.