Expert Talks

08 Iyun tarixində Gənc Hüquqşünaslar Şəbəkəsi tərəfindən təşkil edilən "Expert Talks" layihəsi çərçivəsində növbəti təlimimiz qrupumuzun üzvü, Tallin Texnologiya Universitenin magistrantı, hüquqşünas İbrahim Məmmədzadənin təqdimatında hazırda aktual mövzulardan olan “Kiber-viktimizasiya:onlayn qısnama və istismar” cinayətləri mövzusunda təşkil edilmişdir. 

Təlim ərzində 4 kibercinayət (“cyberstalking”, “cyber harrasment”, “cyber impersonation”, “extortion”) ətrafında iştirakçılar müzakirə aparmış, təlimdə iştirak edənlərin mövzü üzrə olan sualları cavablandırılmışdır.

İştirak edən hər bir üzvümüzə və qonağımıza təşəkkür edirik!