Gənc Hüquqşünaslar Kuboku

Gənc Hüquqşünaslar Şəbəkəsi sosial fəaliyyətlər çərçivəsində növbəti təşəbbüsünü sizinlə paylaşmaqdan məmnunluq duyur.

Yay günlərinizi daha əyləncəli keçirməyiniz üçün Şəbəkəmizin və "Azərbaycan Azərkeşlər Birliyi" nin (AAB) birgə təşkilatçılığı ilə "Gənc Hüquqşünaslar Kuboku" adı altında ⚽️futbol və  voleybol turnirini elan edirik. Turnirdə futbol idman növü üzrə kişilərdən ibarət komandalar, voleybol idman növü üzrə isə kişi və qadınlardan ibarət komandalar mübarizə aparacaq. Turnirdə iştirak üçün fərdi və ya komanda şəklində müraciət mümkündür. Qaliblər Şəbəkəmiz adından diplom və kubokla təltif olunacaq. Bununla yanaşı turnirdə özünü yaxşı tərəfdən göstərən iştirakçılar gələcəkdə Gənc Hüquqşünaslar Şəbəkəsinin futbol və voleybol komandalarına seçiləcəklər.

Qeydiyyat linki: https://forms.gle/kwc9WjPv1tzrBo538

Qeydiyyatdan keçməyə tələsin ????