"Expert Talks" e-tədbiri
13 Fevral tarixində Gənc Hüquqşünaslar Şəbəkəsi tərəfindən təşkil edilən "Expert Talks" layihəsi çərçivəsində hüquqşünas Natavan Rüstəmovanın təqdimatında “Dövlətlərin miqrasiya ilə bağlı səlahiyyətləri və Beynəlxalq Miqrasiya hüququ tərəfindən qoyulan məhdudiyyətlər” mövzusunda vebinar həyata keçirilmişdir.
"Zoom" tətbiqi üzərindən həyata keçirilən vebinarda qaçqın statusu, ölkəyə daxil olma, dövlətin səlahiyyətləri, ölkələrə qoyulan məhdudiyyətlər kimi mövzular müzakirə olunmuş, vebinarda iştirak edənlərin mövzü üzrə olan sualları cavablandırılmışdır.
İştirak edən hər bir üzvümüzə və qonağımıza təşəkkür edirik!