“Effektiv kontent yaratma və Lakonik təqdimat” təlimi

16 Yanvar tarixində marketinq üzrə mütəxəssis, “Toxum.org” kraudfandiq platformasının həmtəsisçisi Toğrul İsmayılovun mentorluğu ilə  "Effektiv kontent yaratma və Lakonik təqdimat" mövzusunda onlayn təlimimiz baş tutmuşdur.

Təlimdə həm nəzəri, həm praktiki məsələlər müzakirə edilmiş və iştirakçıların sualları cavablandırılmışdır.

Şəbəkəmiz adından yayıma qoşulan bütün üzvlərimizə və Toğrul İsmayılova təşəkkürümüzü bildiririk.