"AKADEMİK MƏQALƏ" yarışması
06 Dekabr tarixində Gənc Hüquqşünaslar Şəbəkəsi "Akademik Məqalə" yarışmasını elan etmişdir. Yarışma İnsan hüquqları, Əqli Mülkiyyət hüququ və Mediasiya sahəsinə dair ümumilikdə 3 mövzunu əhatə edirdi.
Yarışmanın qalibləri 31 dekabr tarixində 2020-ci ilin yekunları ilə bağlı həyata keçirilən tədbirdə açıqlanmışdır. Beləliklə, "Silahlı münaqişələrin insan hüquqları üzərindəki təsirləri" mövzusu üzrə Eliza Məmmədova, "Geniş taninmış əmtəə nişanlarının qorunması" mövzusu üzrə Günel Natiq, "Mediasiyanın mübahisələrin alternativ həlli yolu olaraq mübahisə tərəfləri, ədliyyə sistemi və bütövlükdə cəmiyyət üçün faydaları" mövzusu üzrə Gülnar Hacıyeva birinci yeri tutaraq pul mükafatı və sertifiktla təltif olunmuşlar.
Yarışmada iştirak edən bütün üzvlərimizə Gənc Hüquqşünaslar Şəbəkəsi adıdan təşəkkür edirik!