2020-Cİ İL ÜZRƏ ONLAYN HESABAT TƏDBİRİ

31 Dekabr tarixində  Gənc Hüquqşünaslar Şəbəkəsi tərəfindən 2020-ci ilin  yekunlarına dair online hesabat tədbiri təşkil olundu.  Tədbirdə 2020-ci il ərzində Şəbəkənin həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verildi,  “Akademik Məqalə Yarışması”nın qalibləri açıqlandı.  Bununla yanaşı tədbirdə “İlin Nominasiyaları”nın qalibləri də açıqlandı:

 

▪️ “Şəbəkənin ən aktiv üzvü” nominasiya üzrə İlkin Hüseynov (Statistik məlumatlara əsasən);

▪️ “İlin Təşəbbüsü” nominasiyası üzrə “LAWELS” platforması (62% səslə);

▪️ “İlin Gənc Hüquqşünası” nominasiyası üzrə Rahil Məmmədov (48% səslə).

Tədbirdə iştirak edən hər kəsə Gənc Hüquqşünaslar Şəbəkəsi adında təşəkkür edirik!