"Hüquqi filmlər barədə nə bilirik" adlı İntellektual yarışma
10 aprel tarixində Şəbəkəmiz tərəfindən keçirdiyimiz e-tədbirlər çərçivəsində növbəti tədbirimiz, "Hüquqi filmlər barədə nə bilirik" adlı intellektual yarışma baş tutmuşdur.
15 sualdan ibarət olan və Şəbəkəmizin "Facebook" qrupu vasitəsilə canlı yayımda baş tutan yarışmada cavablar hər sual ünvanlandıqdan sonra canlı yayımda "rəy" bildirməklə verilmişdir.
40 dan çox üzvümüzün iştirak etdiyi və Şəbəkəmizin "Təşəbbüs Qrupu"nun üzvü Aysha Abdel Qadirin idarə etdiyi maraqlı və çəkişməli keçən yarışda qalib 4 suala düzgün cavab verən Fidan Alakbarova oldu və Neftlixdən 1 aylıq pulsuz abunə qazandı.