COVİD-19 ilə əlaqədar yardım kompaniyası

COVİD-19 pandemiyası ilə əlaqədar cəmiyyətin yaşlı və işsiz kəsiminə yardım etmək üçün Şəbəkəmiz tərəfindən 1 həftəlik yardım kompaniyasına start verdik. Kompaniya ərzində Şəbəkə üzvlərimizin köçürmə etməsi nəticəsində yekun olaraq 220 azn məbləğ toplaya bildik.

09 aprel tarixində, biz əvvəlcədən yardıma ehtiyacı olduğunu bildirmiş və daha ağır vəziyyətdə olan 9 ailənin siyahısını müəyyən edərək onlar üçün ərzaq paketləri hazırladıq. Ümumi məbləği, ailələrin sayını nəzərə alaraq maksimum dərəcədə həm keyfiyyət, həm də kəmiyyət baxımından faydalı olacaq ərzaqların daxil olduğu paketlər hazırlamağa çalışdıq.

Ümumilikdə 12 müxtəlif növdə ərzağın daxil olduğu 9 paketə cəmi 221.48 azn ödəniş edildi.

Sabunçu rayonu, Maştağa, Savalan və Kürdəxanı qəsəbələrində 9 müxtəlif ünvanda etdiyimiz yardımları axşam saatlarında bitirə bildik.

Ailələrə Şəbəkəmiz barədə qısa informasiya verdik, eyni zamanda onlara əlaqə vasitələrimizi verərək pulsuz hüquqi yardımımızı da təklif etdik. Onlar da öz növbələrində hər birimizə öz dərin minnətdarlıqlarını müxtəlif üsullarla bildirdilər.

Şəbəkəmiz adından bütün yardım edən və etmək üçün müraciət edən üzvlərimizə Təşəkkür edirik !