Online Sürücülük Proqramı

Gənc Hüquqşünaslar Şəbəkəsinin həyata keçirdiyi e-tədbirlər çərçivəsində növbəti tədbirimiz "Yol hərəkəti Qaydaları"nın ⚠️ izahı ilə bağlı 1 aylıq Online Sürücülük proqramı olacaq.

Online Sürücülük proqramına Şəbəkəmizin 50-ə yaxın üzvü qoşulmuşdur. Proqram çərçivəsində Şəbəkəmizin "Təşəbbüs Qrupu"nun üzvü Mir Huseyn Habiblinin moderatorluğu ilə iştirakçılarla canlı yayım və sosial şəbəkə qrupları üzərindən mövzular, tapşırıqlar, vəsaitlər və test toplularının müzakirəsi həyata keçirilir.