"Online Debat" yarışı

4 aprel tarixində Gənc Hüquqşünaslar Şəbəkəsi ölkədə ilk dəfə olaraq hüquqi "Online Debat" e-tədbirini həyata keçirdi.

"Evtanaziya qanuni olmalıdır" mövzusunda baş tutan "Online Debat"da təsdiq və inkar tərəf olmaqla, hər biri 3 nəfərdən ibarət olan 2 komanda iştirak etdi. Hər iki tərəfin spikerlərinin uğurlu arqumentasiyaları və inamlı çıxışları ilə yadda qalan Debatda qalib sonda hakimlərin yekun rəyi ilə İnkar tərəfi təmsil edən komanda oldu.

Tədbirdə iştirak edən bütün iştirakçılara ,hakim heyyətinə və auditoriyaya təşəkkürümüzü bildirir, uğurlar arzu edirik.

Gələcəkdə də Şəbəkəmiz tərəfindən bu cür e-tədbirlərin keçirilməsi planlaşdırılır.