KAMİL MANAFOV
HüquqşünasTəsisçi/İdarə Heyəti üzvü kamil.manafov@ylnaz.org
HAQQIMIZDA
Gənc Hüquqşünaslar Şəbəkəsi 2018-ci ilin oktyabr ayında təsis edilib. Hal-hazırda 1000-dən artıq üzvü olan Şəbəkəmizin əsas məqsədi ölkənin gənc hüquqşünaslarını bir araya gətirmək və onların hüquqi, sosial, mədəni fəaliyyətlərini təşkil etməkdir. Şəbəkəmizin digər məqsədlərindən biri də gənclərin bir-birinə dəstək olması və məhz gənclərin gənclərə öyrətməsini təmin etməkdir. Yarandığı tarixdən etibarən Şəbəkəmiz könüllü olaraq bir çox fəaliyyətlər həyata keçirir. Bu fəaliyyətlər çərçivəsində müzakirə panelləri, intellektual oyunlar, müxtəif regionlara səfərlər, hüquqi ingilis dili kursu, film nümayişləri,mədəni tədbirlərdə iştirak və.s çoxşahəli tədbirlər baş tutmuşdur. Şəbəkəmizin fəaliyyəti təkcə gənc hüquqşünasların inkişafı ilə bağlı deyil, eyni zamanda maarifləndirmə xarakterli ictimai tədbirlər keçirmək və saytımız vasitəsilə vətəndaşların hüquqi suallarına cavab vermək də fəaliyyət istiqamətlərimizə daxildir. Şəbəkənin əsas fəaliyyətini 13 nəfərdən ibarət könüllü şəkildə fəaliyyət göstərən "Təşəbbüs Qrupu" həyata keçirir. Təşəbbüs qrupunun üzvləri təhsillərini ölkədə və ölkədən kənarda alan gənc hüquqşünaslardan ibarətdir və onların hər biri müxtəlif fəaliyyətlər üzrə koordinatordur.
Təsisçi/İdarə Heyəti üzvü kamil.manafov@ylnaz.org
İdarə Heyəti üzvü narmin.abilova@ylnaz.org
İdarə Heyəti üzvü elnur.karimov@ylnaz.org
İdarə Heyəti üzvü kifayat.mammadli@ylnaz.org